Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
9
10:31 - 04 May 2025

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Bu barədə TNS-ə Azərbaycan Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsndən bildirilib.
Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.