Close

Zeki Aktürk: "Türkiyə Azərbaycana dəstək verməyə davam edir"

Türkiyə Azərbaycana dəstək verməyə davam edir.

TNS xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri qardaş, dost və müttəfiq ölkələrə həmişə dəstək olub.

Nazirlik rəsmisi bu kontekstdə Şimali Kipr, Azərbaycan, Liviya, Bosniya-Herseqovina və Qətərin adını xüsusi qeyd edib.