Ceyhun Bayramov Əl-Salam Saray Muzeyində
7
13:34 - 30 Aprel 2025

Xarici işlər naziri Ceyhun Bayramov Küveytə səfəri çərçivəsində Əl-Salam Saray Muzeyini ziyarət edib.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytin tarixi və mədəni inkişafı haqqında hərtərəfli məlumat verən, milli irsin görkəmli simvolu olan Əl-Salam Saray Muzeyini ziyarət edib", - məlumatda qeyd edilib.