Close

Görüşlər səmimi, gülüşlər təbii... - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

TNS xəbər verir ki, kompleksin fəaliyyəti ilə tanış olan dövlət başçısının işçilərlə səmimi görüntüləri lentə alınıb.

Həmin diqqətçəkən görüntüləri təqdim edirik:

Qeyd edək ki, layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.

17459987362173024561_1200x630

17459987363742261296_1200x630

174599873641160137_1200x630