Close

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günündə D-8 ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının Bakı görüşü keçirilir.

TNS xəbər verir ki, görüşdə Qlobal Cənubu təmsil edən qeyri-hökumət qurumlarının rəhbərliyi və nümayəndələri iştirak edir.

Qeyd edək ki, aprelin 28-dən başlayan tədbir Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.

Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab edilir.