Close

İran Prezidenti Məsud Pezeşkian Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.

TNS xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

1745851267217858603_1200x630

17458512672602924351_1200x630