Close

Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.

TNS xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Pietro Parolin və Müqəddəs Taxt Taçın Arxiepiskopu Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezindenti İlham Əliyev adından başsağlığını çatdırıb.

680cf321714b2680cf321714b31745679137680cf321714b0680cf321714b1 680cf3216af59680cf3216af5a1745679137680cf3216af57680cf3216af58 680cf32156636680cf321566371745679137680cf32156634680cf32156635 680cf2e63d835680cf2e63d8361745679078680cf2e63d832680cf2e63d834 680cf2ae80ca6680cf2ae80ca71745679022680cf2ae80ca3680cf2ae80ca5 680cf2ae78a2d680cf2ae78a2e1745679022680cf2ae78a2b680cf2ae78a2c 680cf2ae88d45680cf2ae88d461745679022680cf2ae88d43680cf2ae88d44