Ceyhun Bayramov: "Münaqişə keçmişdə qalıb"

Azərbaycan-Ermənistan münaqişəsi keçmişdə qalıb, ATƏT-in artıq bərpa və quruculuq prosesində rolu ola bilər.
TNS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, təhlükəsizlik olmayan yerdə əməkdaşlığı qurmaq olduqca çətindir: “Bu gün mövcud olan ağır beynəlxalq vəziyyət, davam edən hərbi münaqişələr, inamsızlıq, beynəlxalq səviyyədə parçalanma, bloklanma və bir sıra trendləri nəzərə alınmalıdır. ATƏT böyük coğrafiyanı əhatə edən, bir-birinin xarici siyasət yanaşmalarını bölüşməyən, düşmən mövqedə olan ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın işi hansısa dialoq formatının təsis edilməsindən ibarətdir. Heç bir hərbi münaqişə sonsuz deyil. Münaqişənin sona çatdırılması, açıq qalan məsələləri sona çatdırmaq üçün mövcud platformalar mühümdür. ATƏT-in indiki platformalarına ehtiyac çox olacaq. Məhz keçmiş Azərbaycan-Ermənistan münaqişəsinə gəldikdə, bu münaqişə artıq münaqişə keçmişdə qalıb. ATƏT-in artıq bərpa və quruculuq prosesində rolu ola bilər. Bu gün bununla bağlı fikir mübadiləsi aparıldı”.