Feridun Sinirlioğlu Azərbaycan və Ermənistanı sülh üçün dialoqa davam etməyə çağırıb

ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıqla bağlı öhdəlik götürüb.
TNS xəbər verir ki, bunu ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, dialoq, səylərimiz mütləq davam etməlidir: “Dayanıqlı sülhə nail olmaq istəyiriksə, bunu etməliyik. Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının mətninin tamamlanmasını yüksək qiymətləndirirəm. Mən ümid edirəm və bilirəm ki, Cənubi Qafqazda əməkdaşlıqlar yüksək səviyyədə davam edəcək. ATƏT həm Ermənistana, həm Azərbaycana bu yolda dəstək olacaq”.