Close

Ermənistan və Fransada bayrağımızın yandırılması cinayət əməli kimi qiymətləndirilməlidir

Ermənistanda revanşist meyllər və Ermənistanda radikal diaspor nümayəndələrinin çıxışları qeyd edilməlidir.

TNS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistanda Azərbaycanın dövlət rəmzi olan dövlət bayrağımız yandırılıb: “Dünən isə Fransada bayrağımız yandırılıb. Hər iki ölkənin aidiyyəti strukturlarına çağırış edirik. Cinayət tərkibli əməllərin qiymətləndirilməsi labüddür. Bu addımlar utancverici hərəkətlərdir. Burada həmçinin tərəfimizdən ictimai qınaq mesajlarını da önəmli hesab edirik".