Azərbaycanın Ermənistandan gözləntiləri bunlardır

Azərbaycan uzun illər ərazi bütövlüyü və suverenliyinin prinsiplərinin pozulmasından əziyyət çəkib.
TNS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, biz uzun illər ərazi bütövlüyümüzün pozulmasına məruz qalmışdıq: “Bu ölkəmizin inkişafına öz mənfi təsirlərini göstərib. Bu istiqamətdə daha ciddi və çevik addımların atılmasını təşviq edirik. Azərbaycanın işğala 30 illik işöala son qoyması Cənubi Qafqazda yeni reallıqlar, yeni status-kvo yaratdı”.
Ceyhun Bayramov qeyd edib ki, ölkəmiz 2020-ci ildə ərazi bütövlüyünü, daha sonra suverenliyini bərpa etdikdən sonra sülh və dövlətlərarası münasibətlərin təsisi üzrə Saziş üzərində işi davam etdirdi: “Azərbaycanın təşəbbüsü ilə başlayan bu proses 2 il yarım çəkdi. Bu gün yeni vəziyyət hansı imkanlar yaradır, Azərbaycanın Ermənistandan gözləntiləri nədən ibarətdir, bu, detallı şəkildə müzakirə edildi. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə hələ də təhdidlərin olması bir daha qeyd edildi.
Digər mövzu ATƏT-in Minsk qrupunun tam ləğvi və bunun üçün təşkilatdaxilində konsensusun əldə edilməsi müzakirə edildi. İlk olaraq Ermənistan və Azərbaycan tərəfindən müraciət edilməlidir. Bir daha xatırladıldı ki, bu təsisat 90-cı ildə Qarabağ məsələsinin həlli üçün təsis edilib, artıq Azərbaycan bu məsələni həll edib artıq Minsk təsisatlarını saxlamağın heç bir məntiqi izahı yoxdur”.