Kaya Kallas: Azərbaycan regionda mühüm tərəfdaşdır

Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır və əlaqələrimizin gücləndirilməsi baxımından müəyyən gözləntilərimiz var.
TNS xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.
“Əlaqələrimiz ikitərəfli yol kimi inkişaf edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Münaqişənin izlərinin aradan qaldırılması və həyatların xilas edilməsi üçün görülən işləri yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.
Ermənistanla münasibətlərin normallaşdırılması və dayanıqlı sülh sazişinin əldə olunması prosesinə yaxından dəstək verdiklərini söyləyən ali nümayəndə sülh sazişi mətninin razılaşdırılmasını yüksək qiymətləndirib.