Close

Ceyhun Bayramov Kaya Kallasla görüşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

TNS xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qarşılanma mərasimindən sonra təkbətək görüşdə tərəflər Azərbaycan-Aİ ikitərəfli münasibətlərini və regional təhlükəsizlik məsələləri müzakirə ediblər. Qarşılıqlı maraqlar və anlaşmaya əsaslanan hörmətli, tarazlaşdırılmış dialoqu qorumağa diqqət yetirilib.

12:52

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qarşılayıb.

TNS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər arasında ikitərəfli görüş başlayıb.

525cf3c2-b004-3b49-acf8-8213aa5a9cdf