Diplomatlara kompensasiya veriləcək
4
11:48 - 25 Aprel 2025

Azərbaycanın dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların işçilərinə təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib.
TNS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.