Ermənilərin sərhədimizdə maskalanmış atəş mövqeyi - FOTO

Göyçə gölü istiqamətində Ermənistan silahlı qüvvələri irimiqyaslı atəş mövqeləri inşa edib.
TNS xəbər verir ki, bu barədə GSSR44 "Telegram" kanalı görüntü paylaşıb.
Bildirilib ki, atəş mövqeləri hücum xarakterli beton-bunker tipli mövqenin arxasında yerləşir.
“Maskalanma üçün meşəlik ərazidən və relyefdən istifadə olunur. Ərazidə maskalanmış çox saylı texnika müşahidə edilir. Həmçinin ərazidə iriçaplı artilleriya-raket qurğularının, HHM sistemlərinin və öldürücü silahların yerləşdirilməsi də istisna olunmur. İrimiqyaslı atəş mövqeyi şərti sərhədin bir neçə kilometrliyində yerləşir”, - məlumatda qeyd edilib.