Close

Ədalət Partiyasının qurultayı bu tarixdə KEÇİRİLƏCƏK

Ədalət Partiyasının qurultayının keçiriləcəyi tarix açıqlandı.

TNS xəbər verir ki, bu barədə Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli məlumat verib.

M.Rəhimli bildirib ki, bu gün partiyanın Ali Məclisinin iclası keçirilib. İclasda qurultayın mayın 17-də keçirilməsi barədə qərar verilib. Qurultayda partiyanın yeni sədri seçiləcək, rəhbər orqanlar müəyyənləşəcək.

Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.