Close

22:41
18 Aprel 2025

Azərbaycan və Sloveniya XİN başçılarının geniştərkibli görüşü keçirilir - FOTO + YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Sloveniyanın xarici işlər naziri Tanya Fayon arasında geniştərkibli görüş keçirilir.

TNS xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.

12:17

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla təkbətək görüş keçirilir.

TNS xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Müzakirələr zamanı əsas diqqət siyasi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, ticarət və investisiyaların artırılması, çoxtərəfli platformalarda qarşılıqlı dəstək olub.

6800b51fb860d6800b51fb860e17448768316800b51fb860b6800b51fb860c

12:07

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayonu qarşılayıb.

TNS xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"də məlumat yayıb.

Bildirilib ki, səfər Azərbaycan və Sloveniya arasında artan tərəfdaşlığı vurğulayır və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsində qarşılıqlı marağı əks etdirir.

83152f2e-a85c-3d5c-800d-34966369b9b4_850