Azərbaycan, Gürcüstan və Ermənistan arasında görüş keçirilir - YENİLƏNİB

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirilir.
TNS Report-a istinadla xəbər verir ki, tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Tədbirin məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər.
09:45
Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.
TNS xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Gürcüstan daha əvvəl bəyan etmişdi ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün də öz platformasını təqdim etməyə hazırdır.