Azərbaycan və Çin arasında İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb
8
18:50 - 16 Aprel 2025

Azərbaycan və Çin arasında müzakirələr nəticəsində İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb.
TNS xəbər verir ki, bu barədə qərar Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında qəbul edilib.
Bildirilib ki, bu qurum investisiya sahəsindəki məsələlərin daim diqqətdə saxlanılması üçün mühüm platforma olacaq.