Bütün yollar Azərbaycana aparır: Regionumuzda biz qərar veririk - VİDEO

Son dövrlərdə Avropa İttifaqının Mərkəzi Asiyaya artan marağı media səhifələrindən, ekranlardan və efirlərdən düşmür.
TNS xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.
"Əlbəttə, Avropa siyasətçilərinin və analitiklərin bu regiona yönəlməsi cari onilliyin əvvəlində formalaşan bir sıra geosiyasi amillərlə əlaqədardır. Bu amillər arasında ilk növbədə Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi və uzun illər davam edən münaqişəyə son qoyaraq Qərbi Zəngəzurda geosiyasi maneənin aradan qaldırılması, Araz çayı boyunca uzanan tarixi marşrutun açılmasını qeyd etmək olar.
İkinci amil kimi 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya hücumu və o vaxtdan bəri davam edən qanlı müharibəni göstərmək olar ki, bu da Soyuq müharibədən sonra qurulan Avropa təhlükəsizlik konfiqurasiyasını məhv edib.
Nəhayət, üçüncü amil kimi ABŞ-də respublikaçı Donald Trampın prezident seçkisində qələbəsi və bunun ardınca Köhnə və Yeni Dünya arasında transatlantik dialoqun gözlənilmədən dəyişməsi, tarif müharibələrini qeyd etmək lazımdır.
Bütün bu amillər Avropa İttifaqının Mərkəzi Asiyaya diqqətinin artmasına səbəb olub", - deyə videomaterialda vurğulanır.
Daha ətraflı "Caliber"in yeni süjetində: