Rəsmi Bakıdan Fransa xarici işlər nazirinə cavab
13
14:24 - 14 Aprel 2025

"Fransanın Ermənistana öldürücü silahlar təchizatı, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət təşkil edir".
TNS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.