Close

22:41
18 Aprel 2025

Ceyhun Bayramov Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri ilə görüşüb

Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüş keçirib.

TNS xəbər verir ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, bu kontekstdə Türk Dövlətləri Təşkilatının rolu xüsusilə vurğulanıb.

Nazirlər həmçinin regional təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.