Close

Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Moldovanın Energetika Nazirliyi yanında Milli Dayanıqlı Enerji Mərkəzi arasında “Bərpa olunan enerji sahəsində əməkdaşlığın təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb.

TNS bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadLA xəbər verir.

Məlumata görə, sənədə nazir Məcnun Məmmədov həmsədri olduğu Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilmiş 6-cı iclasında imza atılıb.

Memorandum enerji sahəsində, eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsi, bərpa olunan enerji texnologiyalarını və innovativ həlləri inkişaf etdirmək üçün tədqiqat təşəbbüsləri üzərində əməkdaşlığın inkişaf etdirilməsini ehtiva edir.