Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunub
11
19:20 - 08 Aprel 2025

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərifin qəbulunda olub.
TNS xəbər verir ki, o, bu barədə “X”də yazıb.
"Azərbaycan- Pakista tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - M.Cabbarov qeyd edib.