Close

Fəxrəddin Altun Hikmət Hacıyeva başsağlığı verdi

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə atası Fərhad Hacıyevin vəfatı ilə bağlı başsağlığı verib.

TNS xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

“Fərhad Hacıyevin vəfatını böyük kədərlə öyrəndim. Mərhuma Allahdan rəhmət diləyir, qardaşım Hikmətə, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı verirəm. Mekanı cənnət olsun",- paylaşımda deyilir.