Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatını MSK-ya təqdim edib - SİYAHI

Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
TNS-in xəbərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası maliyyə hesabatını MSK-ya təqdim etməyib.
MSK-ya maliyyə hesabatı təqdim edən partiyalar aşağıdakılardır:
- Yeni Azərbaycan Partiyası (YAP)
- Ağ Partiyası (AğP)
- Azərbaycan Xalq Partiyası (AXP)
- Ədalət Partiyası
- Azad Vətən Partiyası (Azad Vətən)
- Vəhdət Partiyası (VP)
- Demokratik İslahatlar Partiyası (DİP)
- Haqq Ədalət Partiyası (HƏP)
- Böyük Quruluş Partiyası (BQP)
- Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
- Müsavat Partiyası
- Yeni Zaman Partiyası (YZP)
- Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
- Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
- Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
- Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası
- Azərbaycan Demokrat Partiyası (ADP)
- Milli Cəbhə Partiyası (MCP)
- Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
- Respublikaçı Alternativ (REAL) Partiyası
- “Ana Vətən” Partiyası (AVP)
- Gələcək Azərbaycan Partiyası (GAP)
- Böyük Azərbaycan Partiyası (BAP)
- Azərbaycan Ümid Partiyası (ÜMİD)
- Müasir Musavat Partiyası (MMP)
Qeyd edək ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.