Azərbaycanda bu partiyaya yeni sədr seçiləcək
15
12:09 - 01 Aprel 2025

Ədalət Partiyasının qurultayı keçiriləcək.
TNS xəbər verir ki, bu barədə APA-ya Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib.
Mütəllim Rəhimli deyib ki, yaxın günlərdə Ədalət Partiyasının qurultayı ilə bağlı partiya rəhbərliyi toplaşaraq qərar verəcək: “Yeni sədrimizi qurultay seçəcək”.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.