Türkiyə Müdafiə Nazirliyi soyqırımı qurbanlarını belə andı
7
13:31 - 31 Mart 2025

Türkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının qurbanlarının xatirəsini ehtiramla yad edib.
TNS xəbər verir ki, paylaşım “X” sosial şəbəkəsindəki səhifəsində edilib.
“107 il əvvəl azərbaycanlı qardaşlarımız erməni quldur dəstələri tərəfindən amansız soyqırımına məruz qalıb. Onların xatirəsini dərin ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük”, - paylaşımda deyilir.
Əlaqəli xəbərlər
15:47
01 Aprel 2025