Close

23:40
01 Aprel 2025

Qərbi Azərbaycan İcması 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı

Qərbi Azərbaycan İcması 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

TNS xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün Azərbaycan xalqı 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edir. Ermənistan tərəfindən törədilmiş total etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş Qərbi azərbaycanlılar bu günü dərin kədərlə anırlar.

1918-ci il martın 31-də Bakıda azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərzində aparılıb və əsas məqsədi azərbaycanlıları bir etnik qrup kimi məhv edərək tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.