Close

Yeni səfir bu gün Vaşinqtona gedəcək

Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev martın 26-da ABŞ-yə gedəcək.

TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, martın əvvəlində Rusiya prezidenti Vladimir Putin son vaxtlara qədər Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinə rəhbərlik etmiş Darçiyevin Rusiyanın Vaşinqtondakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.