"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik"
7
17:01 - 25 Mart 2025

"İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edir".
TNS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə brifinqdə deyib.
"İnanırıq ki, iki ölkə arasında sülh müqaviləsinin ən qısa zamanda imzalanması bölgəyə sülh və sabitlik gətirəcək. Tehran hər iki tərəfi bu müqaviləni mümkün qədər tez imzalamağa çağırır" , - deyə o bildirib.