D-8 Katibliyi: "Azərbaycan təşkilata qoşulma prosedurunu tamamlayıb"
10
16:50 - 24 Mart 2025

Azərbaycan İstanbulda (Türkiyə) İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri rəsmi olaraq təqdim edib və bununla da təşkilata qoşulma prosesini tamamlayıb.
TNS xəbər verir ki, bu barədə D-8 Katibliyinin mətbuat açıqlamasında bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan martın 19-da D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri təqdim edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 19-da Qahirədə (Misir) keçirilən D-8 üzv ölkələrinin dövlət və hökumət başçılarının XI Sammitində Azərbaycan yekdilliklə bu təşkilatın üzvü seçilib.