Yaponiya Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
4
17:41 - 18 Mart 2025

Yaponiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
TNS xəbər verir ki, bunu Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kitamura Tosihiro bugünkü açıqlamasında bildirib.
"Yaponiya Ermənistan və Azərbaycanın sülh sazişinin mətni üzrə razılaşma ilə bağlı verdiyi bəyanatları alqışlayır. İki ölkə arasındakı münaqişənin həlli Cənubi Qafqazda sülh və sabitlik üçün həlledici əhəmiyyət daşıyır", - o qeyd edib.