Close

Misir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatmasını alqışlayıb

Misir Ərəb Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqların başa çatmasını alqışlayıb.

TNS xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfirliyinin sosial media platformasındakı paylaşımında bildirilib.

Qeyd edilib ki, bu addım iki ölkə arasındakı münaqişəyə son qoymağa, Cənubi Qafqaz regionunda sülhü bərqərar etməyə və bölgənin daha sabit və təhlükəsiz gələcəyə doğru irəliləməsinə töhfə verəcək.

“Bu addım son illərdə hər iki ölkənin göstərdiyi səylərin bir nəticəsidir. Misir dost ölkələr arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını ümid edir və hər iki tərəf üçün mümkün olan ən yaxşı fürsətlərin yaranmasını arzulayır”, - məlumatda qeyd edilib.