Close

Ukraynanın bu kritik limanı da Rusiyaya verilə bilər

ABŞ Prezidenti Donald Tramp Odessa limanını Rusiyaya verə bilər.

TNS xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskinin köməkçilərinə istinadən yazıb.

Nəşr qeyd edib ki, Ukrayna rəhbərliyi Trampın Putinin ölkənin bəzi hissələri, o cümlədən kritik Odessa limanı ilə bağlı istəklərini yerinə yetirə biləcəyindən narahatdır.

Bu mesaj ABŞ və Rusiya prezidentləri arasında bu gün baş tutacaq və ərazilər məsələsinin müzakirə ediləcəyi söhbətə hazırlıq fonunda ortaya çıxıb.

Nəşr xatırladıb ki, bazar günü axşam Floridadan qayıdarkən “Air Force One” telekanalının müxbirləri ilə söhbəti zamanı Tramp açıq şəkildə bildirib ki, onun cənab Putinlə planlaşdırdığı telefon danışığında əsas məsələ Ukrayna ilə atəşkəs olacağı təqdirdə Rusiyanın hansı torpaqları və aktivlərini saxlayacağına yönələcək.