Close

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Baş naziri Əli Əsədov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Bu barədə TNS-ə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.