Close

19:29
16 Mart 2025

Rusiya Şurasının sədri Azərbaycanda - YENİLƏNİB

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycana rəsmi səfərə gəlib.

TNS xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

14:52

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

TNS xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Həmçinin Rusiya Federasiya Şurası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası keçiriləcək.

Bildirilib ki, parlamentlərarası komissiyanın iclasına həmsədrlər - Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov sədrlik edəcək.