Close

Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı işlərə başlanılacaq

Yaxın aylarda Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissəsi ilə bağlı işlərə başlanılacaq.

TNS xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirir.

Nazir onu da vurğulayıb ki, Orta dəhlizin əsas keçid nöqtəsi Türkiyədir: "Bu dəhlizdə tarixən bir çox iş görülüb, layihələr icra edilib. Biz indi bu dəhlizi daha da gücləndirmək istəyirik”.