Close

Türkman nümayəndə heyyəti Şuşa şəhərində - FOTO

Türkman QHT-lərindın ibatət nümayəndə heyyəti Şuşa şəhərində olub.

TNS xəbər verir ki, qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası işləri görülüb.

Qonaqlar Mehmandarov malikanəsi ilə də tanış olublar. Cıdır düzünə gələn səfər iştirakçıları buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Qeyd edək ki, növbəti gün Füzuli şəhərində səfərdə olacaqlar.

e27a9500-21b9-4f18-aa8e-ade28cc67834 61317df1-17d4-4c71-bdf6-3c11eeccfe3c 618c5747-4ef3-496d-80a7-f349cc714d46 b8d4eed4-e90b-4335-9c9f-12eb261a7b91 691c9644-1931-4683-9126-830145ff1c94 55f1e4c0-4384-440a-b436-69933250f606 66b347a0-cada-40e6-8c45-107cbca2bb57 8ef774e3-45d1-4073-9cf9-ee5dbaae821f 78eb505c-04d9-451f-b00c-f9141d975c9b 80ad76bc-0495-4fdf-b1b0-1c2b73f3c211 4e0b27bc-2d27-47e0-a6f6-84b8fba3ccb3

Ziya Əmirxanlı