Close

Türkmənlar azad edilmiş ərazilərdə - FOTO

Türkmən QHT-lərindən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş bölgələrə səfəri başlayıb.

Türkiyə, İraq, Suriyadan olan türkmənlərin rəhbərlik etdiyi QHT-lərin təmsilçiləri Azərbaycana gəlib.

TNS-in məlumatına görə, 30 nəfərlik nümayəndə heyətinə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri daxildir. Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir.

Qonaqların bu gündən işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Heyət ilk olaraq Əsgəran qalasında, Xocalı şəhər mərkəzində, Qarabağ Universitetində olublar.

Daha sonra heyətin Şuşaya, səhər isə Füzuliyə səfəri planlaşdırılır.

6d6fa17e-3628-4aa3-a65a-0126ea693f0a

593b7682-b0ed-49f1-b42b-24205e183584

850e4e1d-2626-4f9f-ac70-0319ccd12ebf

b8e9ad62-7256-4583-be28-7f700822107d

bf0b23e9-7d95-48d6-877b-634110cf6435

Ziya Əmirxanlı