Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq mümkün deyil

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımamalı və gələcəkdə də bu addımı atmamalı olduğunu deyən siyasi qüvvələr və xadimlər, əslində Ermənistanın öz ərazi bütövlüyünü tanımamalı olduğunu deyirlər.
TNS xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkə hesabında yazıb.
"Ermənistanın ən azı iki qonşusu ilə əbədi müharibə vəziyyətində olmalı olduğunu deyənlər, respublikanı beynəlxalq hüquq çərçivəsindən kənara çıxarır, onun bütün mümkün danışıqların subyekti olma imkanından məhrum edir", - spiker yazıb və əlavə edib ki, bu, "ölkəyə üçüncü qüvvələrin daxil olmasına, Ermənistan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin ləğvinə yol açır.
Ermənistan 4 ölkə ilə qonşudur və onlarla olan dörd sərhəddən birini tanımamaqla, əslində öz mövcudluğunu tanımamış olur”, - o qeyd edib.
A.Simonyanın fikrincə, belə hərəkətlər beşinci kolon və düşmənlər üçün xarakterikdir. Və mətnə əlavə olaraq yazıb: "Yeri gəlmişkən, Ermənistanın heç bir hakimiyyəti heç vaxt Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan etməyib".