Close

Paşinyan Putini Azərbaycanla sülh sazişi üzrə danışıqların yekunlaşması barədə məlumatlandırıb

Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı aparılıb. 

TNS xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata görə, baş nazir Rusiya liderini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb.