Close

Ceyhun Bayramov BMT Baş Assambleyasının keçmiş prezidenti ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının keçmiş prezidenti Vuk Yeremiç ilə görüşüb.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər XII Qlobal Bakı Forumu çərçivəsində bir araya gəliblər.

Onlar qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.