Close

Nikol Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub"

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda Azərbaycanla sülhün qeyri-mümkünlüyü iddiası ilə razı olmadığını açıqlayıb.

TNS APA-ya istinadən xəbər verir ki, bu barədə, o, türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

Paşinyan, sülhü görünməz etmək üçün davamlı olaraq süni pərdə yaratmaq cəhdi olduğunu qeyd edib: “Lakin reallıqda Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub. Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa mahiyyətcə razılaşıblar. Bu, üfüqdə görünməli olan reallıqdır. Üstəlik, bu fakt sülh sazişi layihəsinin razılaşdırılmış maddələrində bir daha təsdiqlənib. Bu yazılarda hər iki tərəfin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə tələblər irəli sürməmək üçün qarşılıqlı öhdəlik götürdükləri açıq şəkildə ifadə edilir”.