Close

Ceyhun Bayramov: "Biz çoxtərəfli təşkilatlara ortaq maraqlardan irəli gələrək qoşulmalıyıq"

"Biz çoxtərəfli təşkilatlara ortaq maraqlardan irəli gələrək qoşulmalıyıq”.

TNS-in xəbərinə görə, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” mövzusunda paneldə xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Qazaxıstan formatları ortaya qoyulub: “Hökumətlər güclü qonşularla münasibətdə şəffaflığı görməlidir. Şəffaflıqla bağlı problemlərin həlli çox vacibdir”.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, çoxtərəflilik daimidir: “Birtərəflilik heç bir nəticə vermir. Tarix bunu göstərib. Biz çoxtərəflilik aspektində Çinin də imkanlarından istifadə etməliyik".