BMT və digər təşkilatlarda dəyişikliklər vacibdir

“Azərbaycan bu gün çoxtərəfli əməkdaşlığa önəm verir”.
TNS-in xəbərinə görə, bu barədə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən çərçivədə “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” mövzusunda paneldə xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, milli maraqlarımızı müdafiə etməyə çalışırlar: “Eyni zamanda digər tərəflərin də maraqlarına hörmət edirik. Burada əsas məsələ bir-birinin daxili işlərinə qarışmamaqdır. BMT Təhlükəsizlik Şurasının tərkibi daha çox 40-cı ilin reallıqlarını özündə əks etdirir. İdeoloji islahatlar da aparılmaldıır. Bütün faydalar bölüşdürülməlidir. Dərin parçalanmanın aradan qaldırılması üçün spesifik məsələlər müzakirə edilməlidir. Bu gün BMT və digər təşkilatlarda dəyişikliklər vacibdir”.