Close

19:21
12 Mart 2025
18:13
12 Mart 2025

Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa hazırıq

Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və düşmənçilik səhifəsini bağlamağa hazırdır.

TNS yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər.