Close

Gürcüstan Prezidenti Sahibə Qafarovanı qəbul edib

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib.

TNS xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı xəbər yayıb.

İki ölkə rəsmisi görüş zamanı qonşu dövlətlər arasında tarixən möhkəm dostluq münasibətlərini və strateji tərəfdaşlığın mövcud durumunu, həmçinin, Türkiyə ilə üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mixail Kavelaşvili bəyan edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə bundan sonra da töhfə verməyə hazırdır.