Close

Azərbaycan və Qazaxıstan XİN başçıları görüşdü - YENİLƏNİB

Astanada Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Murat Nurtleu arasında görüş keçirilir.

TNS xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in “X” hesabında paylaşılıb.

09:41

Astanada Azərbaycan və Qazaxıstan XİN başçılarının nümayəndə heyətləri tərkibində görüşü başlayıb.

09:05

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanda səfərdədir.

TNS xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır”, – paylaşımda qeyd olunub.