Hikmət Hacıyev Britaniyanın Milli Təhlükəsizlik üzrə müşaviri Conatan Pauel ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Britaniyanın Milli Təhlükəsizlik üzrə müşaviri Conatan Pauel ilə görüşüb.
TNS xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X" hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsinə diqqət çəkən görüş keçirilib.
Bundan əlavə, Hikmət Hacıyev Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb.
“Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb”, - məlumatda bildirilib.